Burcu Biricikin yeni işi hər kəsi təəccübləndirdi

Aktyorluğa bir müddət ara verən Burcu Biricik həyat yoldaşı Emre Yetkin və qızı Luna ilə birlikdə 5 otaqlı butik otel işlətməyə başlayıb.
Sfera.az xəbər verir ki, “Camdaki Kız” serialında canlandırdığı Nalan obrazı ilə böyük pərəstişkar qazanan Burcu Biricik son dövrlərdə karyerasından daha çox ailəsi ilə qurduğu yeni həyat tərzi ilə gündəmə gəlir.
2016-cı ildə fotoqraf Emre Yetkinlə ailə quran aktrisa 2024-cü ildə ana olduqdan sonra isə həyatında mühüm dəyişiklik edib.
Qızı Luna dünyaya gəldikdən sonra həyatını yenidən formalaşdıran Biricik ailəsi ilə birlikdə İstanbulun gərgin tempindən uzaqlaşmağa qərar verib. Aktrisa qızının təbiətlə daha çox iç-içə böyüməsini istədiyi üçün Ayvalıkda yaşamağa başlayıb.
Burcu Biricik həyat yoldaşı Emre Yetkinlə birlikdə Ayvalıkda 5 otaqdan ibarət butik otel açaraq yeni biznesə də başlayıb. Cütlük yalnız istirahət məqsədli bir məkan yaratmaqla kifayətlənməyib, eyni zamanda ailələri ilə birlikdə daha sakit həyat sürə biləcəkləri bir mühit formalaşdırıb.
Məşhur aktrisa Ayvalıkdakı biznesi həyata keçirmələrinin səbəblərindən danışarkən qızlarının böyüdülmə şəraitinə xüsusi diqqət çəkib:
“Bu biznesi qurmağımızın əsas səbəblərindən biri də uşağımızı kənddə, təhlükəsiz və daha kiçik bir mühitdə böyütməkdir”.
İradə Elsevər






