Meloni hökuməti rekordu qırdı

Meloni hökuməti rekordu qırdı
Kateqoriya məlum deyil
T

Siyasi çalxantılar və tez-tez dəyişən hökumətləri ilə tanınan İtaliyada siyasi sabitlik rekordu qırılıb. 2022-ci ildə ölkənin ilk qadın baş naziri seçilən Giorgia Meloninin rəhbərlik etdiyi sağ koalisiya hökuməti fasiləsiz 1413 gün (3,87 il) fəaliyyət göstərərək İkinci Dünya müharibəsindən sonra ölkə tarixinin ən uzunömürlü hökuməti adını qazanıb.

Sfera.az xəbər verir ki, Meloni bu göstərici ilə mərhum Silvio Berluskiyə məxsus bir hökumət dönəmində hakimiyyətdə qalma rekordunu da geridə qoyub.

Meloninin partiyası “İtaliya Qardaşları”nın (FdI) rəsmiləri bu rekordun ölkə üçün böyük qürur mənbəyi olduğunu bildiriblər. Onlar İtaliyanın beynəlxalq arenada yenidən güclü mövqeyə yüksəldiyini vurğulayıblar.

Lakin müxalifət və bəzi iqtisadçılar əldə olunan siyasi sabitliyin vətəndaşların alıcılıq qabiliyyətinə və iqtisadi artıma kifayət qədər əks olunmadığı qənaətindədir.

İkinci Dünya müharibəsindən bəri İtaliyada təxminən 70 fərqli hökumətin qurulduğu nəzərə alınarsa, əldə olunan bu nəticə qarşıdakı parlament seçkiləri ərəfəsində Meloninin siyasi mövqeyini daha da gücləndirir.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR