ABŞ-də silahlı insident: 2 nəfər ölüb, çox sayda yaralı var

Kateqoriya məlum deyil
T
ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərində silahlı insident baş verib. Hadisə nəticəsində 2 nəfər həyatını itirib, aralarında 2 polis əməkdaşının da olduğu çox sayda insan yaralanıb.
Sfera.az xəbər verir ki, Minneapolis şəhərinin mərkəzində baş verən silahlı insidentlə bağlı yerli hakimiyyət orqanları məlumat yayıb.
Rəsmilər hadisə zamanı çox sayda şəxsin yaralandığını, yaralılar arasında iki polis əməkdaşının da olduğunu bildiriblər. Polis əməkdaşlarının vəziyyəti və yaralananların dəqiq sayı barədə ilkin mərhələdə məlumat verilməyib.
Rəsmilər hücumda şübhəli bilinən bir şəxsin də öldürüldüyünü açıqlayıblar.
İradə Elsevər






