Meksikada dəhşətli qətl: Bəstəkarın ailəsinin faciəvi sonu

Meksikada dəhşətli qətl: Bəstəkarın ailəsinin faciəvi sonu
Kateqoriya məlum deyil
T

Meksikanın paytaxtı Mexiko şəhərində 38 yaşlı bəstəkar Jonatan Melendez, hamilə həyat yoldaşı, 3 yaşlı qızı və evdə çalışan şəxs qətlə yetirilib. Ailənin ev heyvanı olan it də hadisə zamanı öldürülüb.

Sfera.az xəbər verir ki, Meksika Dövlət Baş Prokurorluğunun yaydığı açıqlamada qurbanların və ailənin ev heyvanının hadisə yerində yapışqan lentlə bağlanmış vəziyyətdə aşkarlandığı bildirilib.

Melendezin digər, 6 yaşlı övladı isə hadisə yerində xəsarət almadan tapılıb. Məlumata görə, Melendezin həyat yoldaşı Ana Paola təxminən 4 aylıq hamilə olub.

Açıqlamaya əsasən, 3 yaşlı qız uşağı və daha iki nəfər baş nahiyəsindən açılan atəş nəticəsində öldürülüb. Digər bir şəxsin isə kürəyindən güllələndiyi qeyd olunub.

Baş Prokurorluq hadisə ilə bağlı iki şübhəlinin saxlanıldığını açıqlayıb. İlkin ehtimala görə, şübhəlilərdən biri Melendezlə mövcud əlaqələrindən istifadə edərək mənzilə daxil olub.

Hazırda cinayətin bütün təfərrüatlarının araşdırılması istiqamətində istintaq davam etdirilir.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR