İsti havalarda yorğunluq təsadüfi deyil – Əsas SƏBƏBLƏR
Yay aylarında bir çox insan özünü daha halsız, yuxulu və enerjisiz hiss etdiyini bildirir. Mütəxəssislər bunun təkcə isti hava ilə bağlı olmadığını, orqanizmdə baş verən bir sıra fizioloji dəyişikliklərin də mühüm rol oynadığını deyirlər. Sfera.az xəbər verir ki, yüksək temperatur orqanizmin daha çox tərləməsinə səbəb olur. Bu isə su və elektrolitlərin, xüsusilə natrium, kalium və maqneziumun itirilməsi ilə nəticələnir. Nəticədə əzələ zəifliyi, başgicəllənmə və ümumi yorğunluq yarana bilər.