Ən aktiv vulkanlardan biri yenə püskürdü

Ən aktiv vulkanlardan biri yenə püskürdü
Kateqoriya məlum deyil
T

ABŞ-nin Havay ştatında yerləşən və dünyanın ən aktiv vulkanlarından biri hesab olunan Kilauea vulkanı yenidən püskürüb.


Sfera.az xəbər verir ki, Havay Vulkan Rəsədxanasının məlumatına görə, 23 dekabr 2024-cü ildən bəri vulkanda 52-ci püskürmə qeydə alınıb.


Baş verən püskürmə zamanı lavalar təxminən 30 metr hündürlüyə qədər yüksəlib.


Məlumata əsasən, vulkanın aktivliyinin artması ilə əlaqədar təhlükə səviyyəsi “xəbərdarlıq” mərhələsindən “müşahidə” mərhələsinə qaldırılıb. Mütəxəssislər vulkanın fəaliyyətini yaxından izləyir və ərazi sakinlərini rəsmi xəbərdarlıqları diqqətdə saxlamağa çağırırlar.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR