Zelenski Makrona kömək təklif etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa lideri Emmanuel Makronla telefon danışığı aparıb və ölkədə baş verən meşə yanğınlarının söndürülməsinə yardım təklif edib.
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna liderinin mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, Makron Fransa ərazisində genişmiqyaslı yanğınlar barədə Zelenskini məlumatlandırıb. Ukrayna Prezidenti isə zəruri yardım göstərməyə hazır olduqlarını bildirib.
“Emmanuel (Makron) Fransadakı böyük yanğınlar barədə danışdı. Lazımi köməyi təklif etdim. Bizim mütəxəssislərimiz yanğınların söndürülməsində iştirak edə bilərlər”, – deyə paylaşımda qeyd olunub.
Bildirilib ki, Zelenski telefon danışığı zamanı ABŞ-yə səfərinin nəticələri barədə də Makrona məlumat verib.
Xatırladaq ki, daha əvvəl Zelenski ABŞ Prezidenti Donald Trampa Ukraynada qış aylarında enerji böhranının qarşısını almaq üçün “Patriot” raket əleyhinə müdafiə sistemləri üçün “qış paketi” təqdim etməyi xahiş edib. Kiyev həmçinin ABŞ hərbi şirkətləri ilə Ukrayna raketlərinin modifikasiyası imkanlarını müzakirə edir. Məqsəd döyüş xüsusiyyətlərinə görə “Patriot” sistemlərinə yaxın raketlərin hazırlanmasıdır.
İnci
Sfera.az






