Yaponiyada demoqrafik böhran daha da kəskinləşib

Yaponiyada demoqrafik böhran daha da kəskinləşib
Kateqoriya məlum deyil
T

Yaponiyada demoqrafik böhran daha da kəskinləşib. Ölkədə Yaponiya vətəndaşlarının sayı son 42 ildə ilk dəfə 120 milyon nəfərdən aşağı enib.


Sfera.az xəbər verir ki, Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyinin açıqladığı 2025-ci il statistikasına əsasən, ölkədə Yaponiya vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 917 min nəfər azalaraq 119 milyon 736 min 483 nəfər təşkil edib.


Məlumata görə, bu, 1968-ci ildən etibarən rəsmi statistikanın aparılmasına başlanıldıqdan sonra qeydə alınan ən böyük illik azalma hesab olunur.


Statistikaya əsasən, 2025-ci ildə Yaponiyada təxminən 670 min uşaq dünyaya gəlib, eyni dövrdə isə 1,6 milyon nəfər vəfat edib. Doğumların ölüm hallarından xeyli az olması ölkədə əhalinin sürətlə azalmasına səbəb olub.
Bununla yanaşı, ölkədə daimi yaşamaq icazəsi olan əcnəbilərin sayı artıb. Belə ki, xarici vətəndaşların sayı əvvəlki illə müqayisədə 354 min nəfər artaraq 4 milyon 31 min 159 nəfərə çatıb.


Əcnəbilər də daxil olmaqla, Yaponiyanın ümumi əhalisi hazırda 123 milyon 767 min 642 nəfər təşkil edir.
Mütəxəssislər hesab edirlər ki, əhalinin azalmasının əsas səbəbləri cəmiyyətin sürətlə qocalması, doğum səviyyəsinin aşağı düşməsi və gənclərin ailə qurmağa marağının zəifləməsidir. Bu tendensiyanın yaxın illərdə də davam edəcəyi proqnozlaşdırılıb.

Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR