Azərbaycanda müvəqqəti yaşayaış icazəsi alanların sayı artıb

Azərbaycanda müvəqqəti yaşayaış icazəsi alanların sayı artıb
Kateqoriya məlum deyil
T

Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış icazəsi ilə bağlı müraciətlərində artım müşahidə olunur.

Sfera.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda mediatur çərçivəsində jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, 2026-cı ilin ilk altı ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 420 min 961 müraciət daxil olub. Müraciətlərin 55 faizi elektron qaydada təqdim edilib:

“Hesabat dövründə yaşayış icazələrinin verilməsi və uzadılması ilə bağlı 38 min 884 qərar qəbul edilib. Bu qərarlardan 2 min 671-i daimi yaşamaq icazəsi, 36 min 213-ü isə müvəqqəti yaşamaq icazəsi ilə bağlı olub”. V.Hüseynov bildirib ki, ötən illə müqayisədə xüsusilə müvəqqəti yaşamaq icazələrinin sayında artım müşahidə edilir. Dövlət Miqrasiya Xidməti bunu ölkədə yaşayan və işləyən əcnəbilərin sayının artması ilə əlaqələndirib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR