Yaponiyada isti hava can almaqda davam edir: Bir həftədə 45 nəfər öldü

Yaponiyada isti hava can almaqda davam edir: Bir həftədə 45 nəfər öldü
Kateqoriya məlum deyil
T

Yaponiyada iyulun 20-26-sı tarixləri arasında günvurma səbəbindən təxminən 18,6 min nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 45-i həyatını itirib.

Sfera.az xəbər verir ki, bu barədə ölkənin inzibati məsələlər və rabitə nazirliyi məlumat yayıb.

Bildirilib ki, xəstəxanaya yerləşdirilənlərin sayı əvvəlki həftə ilə müqayisədə 7,7 mindən çox artaraq 2026-cı ilin ən yüksək göstəricisinə çatıb.

Məlumata görə, hospitala yerləşdirilənlərdən 710 nəfərdən çoxunun müalicəsi üç həftədən artıq davam edəcək. Zərərçəkənlərin təxminən 58 faizini isə 65 yaşdan yuxarı şəxslər təşkil edir.

Qeyd edək ki, Yaponiyanın bəzi bölgələrində iyulun 21-dən etibarən beş gün ardıcıl olaraq havanın temperaturu 40 dərəcəni ötüb.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR