Lavrov: "Onlar Rusiyaya qarşı “əsas döyüş başlıqlarına” çevriliblər"

Baltik ölkələri Rusiyaya qarşı “əsas döyüş başlıqları”na çevriliblər.
Sfera.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində bildirib.
“Bəs nə oldu, sakitləşdilər? İndi onlar bizə qarşı yönəldilən əsas ‘döyüş başlıqları’dırlar. Litva və Latviya artıq öz ərazilərində nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanı ləğv etdiklərini bəyan ediblər”, – deyə nazir bildirib.
Lavrov həmçinin 2000-ci illərin əvvəllərində NATO və Avropa İttifaqının genişlənməsini xatırladıb. Onun sözlərinə görə, Qərb ölkələri Baltik dövlətlərinin bu qurumlara qəbulunu SSRİ-nin dağılmasından sonra həmin ölkələrdə guya Rusiyaya qarşı qorxunun qalması ilə əsaslandırırdılar. Nazir iddia edib ki, NATO və Aİ-yə üzvlüyün məqsədi onları “sakitləşdirmək” olub.
İnci
Sfera.az






