"Telegram"ın yaradıcısı terrorda günahlandırıldı

"Telegram"ın yaradıcısı terrorda günahlandırıldı
Kateqoriya məlum deyil
T

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) "Telegram" platformasının yaradıcısı Pavel Durov barəsində terrorçuluğa yardım ittihamı irəli sürüldüyünü açıqlayıb.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin yaydığı məlumata görə, Durov barəsində Rusiya Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci hissəsi (terrorçuluq fəaliyyətinə yardım) ilə cinayət işi açılıb və o, beynəlxalq axtarışa verilib.

Qurum iddia edir ki, "Telegram administrasiyası Rusiya ərazisində terror aktları, diversiyalar, kiberfırıldaqçılıq və digər cinayətlərin əlaqələndirilməsi üçün istifadə olunduğu bildirilən çoxsaylı kanal, çat və botları silmir. FSB-nin məlumatına görə, həmin resurslardan Ukrayna xüsusi xidmət orqanları, terrorçu və ekstremist qruplar istifadə edir.

Xatırladaq ki, bu ilin fevralında Roskomnadzor "Telegram"ın Rusiya qanunvericiliyinin tələblərini yerinə yetirmədiyini bildirərək platformaya tətbiq olunan məhdudiyyətlərin davam etdiriləcəyini açıqlamışdı.

Rusiya hüquq-mühafizə orqanlarının məlumatına görə, bu ilin əvvəlindən etibarən "Telegram" qadağan olunmuş məzmunu silmədiyinə görə ümumilikdə 100 milyon rubldan çox cərimələnib.

Bundan əvvəl isə Kremlin sözçüsü Dmitri Peskov "Telegram"ın Rusiyada fəaliyyətinin bərpası ilə bağlı təmasların davam etdiyini, lakin platforma nümayəndələrinin bu prosesdə kifayət qədər fəallıq göstərmədiyini bildirmişdi.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR