850 əcnəbi Azərbaycandan deport edilib

850 əcnəbi Azərbaycandan deport edilib
Kateqoriya məlum deyil
T

2026-cı ilin ilk altı ayında Azərbaycanda miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı inzibati qərar qəbul olunub.

Bu dövrdə yüzlərlə əcnəbi ölkədən deportasiya edilib.

Sfera.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda mediatur çərçivəsində jurnalistlərlə görüşündə deyib. Onun sözlərinə görə, cari ilin ilk 6 ayı ərzində miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı 9 min 757 qərar qəbul edilib:

“Həmin dövrdə 850 əcnəbi inzibati qaydada Azərbaycan ərazisindən kənarlaşdırılıb (deportasiya edilib). 2026-cı il ərzində qanunsuz miqrasiyanın təşkili və digər qanunsuz əməllərlə bağlı 4 fakt aşkar olunub. Bu halların əksəriyyəti üçüncü ölkələrə keçmək məqsədilə şəxslərin aldadılaraq və ya müxtəlif vasitələrlə Azərbaycana gətirilməsi ilə bağlı olub”.

V.Hüseynov qeyd edib ki, qanunsuz miqrasiyaya qarşı mübarizə istiqamətində nəzarət tədbirləri davam etdirilir.

Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR