Netanyahu Trampa İrana zərbə ilə bağlı öhdəlik verib

Netanyahu Trampa İrana zərbə ilə bağlı öhdəlik verib
Kateqoriya məlum deyil
T

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla keçirdiyi danışıqlar zamanı Vaşinqtonun müvafiq razılığı olmadan İsrailin öz təşəbbüsü ilə İrana zərbələr endirməyəcəyini bildirib.

Sfera.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi İsrail mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Netanyahu Trampa bildirib ki, İran İsrailə hücum edəcəyi təqdirdə, yəhudi dövləti cavab zərbələri endirmək hüququnu özündə saxlayır. O, həmçinin qeyd edib ki, İsrail İranla bağlı əldə etdiyi yeni kəşfiyyat məlumatlarını ABŞ-lə bölüşməyə davam edəcək.

Baş nazir ABŞ liderinə bildirib ki, İranla bağlı qarşıdurmada Vaşinqton Yaxın Şərqdəki ərəb müttəfiqlərinin mövqeyini də nəzərə almalıdır. Netanyahu vurğulayıb ki, İsrail İran məsələsində ABŞ-yə tam etibar edir və Trampın qəbul edəcəyi istənilən qərarı dəstəkləyəcək.

Netanyahu ilə Trampın görüşü ərəfəsində ABŞ-nin "Al-Monitor" portalı mənbələrə istinadən yazmışdı ki, İsrailin Baş naziri Amerika liderinə İran ərazisinə yeni zərbələr endirilməsi planını təqdim etməyi düşünür. Bildirilirdi ki, mümkün hədəflər sırasında İranın sənaye obyektləri, körpülər və dəmir yolu infrastrukturu yer alır.

Xatırladaq ki, ABŞ ilə İran arasında növbəti gərginlik dalğası iyulun 8-də başlayıb. Vaşinqton və Tehran arasında memorandum imzalandıqdan sonra ilk dəfə olaraq ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olaraq İran ərazisinə bir neçə zərbə endirib. Həmin gün Donald Tramp İranla əldə olunmuş atəşkəsin dayandırıldığını açıqlayıb.

Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Omanda yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirməyə başlayıb. İyulun 24-də isə tərəflər qarşılıqlı hücumları dayandırıblar.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR