Paşinyan Putinlə dialoqundan danışdı

Kateqoriya məlum deyil
T
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığını "uğurlu" adlandırıb.
Sfera.az xəbər verir ki, Paşinyan bu barədə jurnalistlərə açıqlamasında bildirib. Onun çıxışı “YouTube” platformasında yayımlanıb.
Ermənistan hökumət başçısı Rusiya lideri ilə aparılan danışıqları müsbət qiymətləndirib və görüşün uğurlu keçdiyini qeyd edib.
Xatırladaq ki, iyulun 27-də Vladimir Putin və Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Tərəflər söhbət zamanı Ermənistanın xarici siyasət perspektivlərini və iki ölkə arasında ticarət-iqtisadi əlaqələri müzakirə ediblər.
İnci
Sfera.az






