UEFA üzvləri dünya çempionatlarının boykotunu müzakirə edəcəklər

UEFA üzvləri dünya çempionatlarının boykotunu müzakirə edəcəklər
Kateqoriya məlum deyil
T

Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) üzv milli federasiyaların nümayəndələri yaxın vaxtlarda fövqəladə iclas keçirərək dünya çempionatlarının mümkün boykotu məsələsini müzakirə edəcəklər.

Sfera.az bildirir ki, bu barədə "Sky News" məlumat yayıb.

Məlumata görə, UEFA Beynəlxalq Futbol Federasiyasının (FİFA) dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq planından narazıdır.

Bundan əvvəl FİFA qurumun kommersiya fəaliyyətini birləşdirəcək FIFA Forward Enterprise (FFE) şirkətinin yaradılması ideyasını təsdiqləyib. Beynəlxalq Futbol Federasiyası artıq investorlara FFE-də "azlıq və idarəetmə hüququ verməyən paylar" əldə etməyi təklif edib.

Xatırladaq ki, UEFA prezidenti Aleksander Çeferin amerikalı futbolçu Folarin Baloqunun qırmızı vərəqə alması ilə bağlı yaranmış qalmaqala görə 2026-cı il dünya çempionatının finalına qatılmaqdan imtina etmişdi.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR