ABŞ Çin istehsalı olan robotları qadağan etdi

ABŞ Çin istehsalı olan robotları qadağan etdi
Kateqoriya məlum deyil
T

ABŞ milli təhlükəsizlik səbəbi ilə xarici istehsal olan humanoid robotların ölkəyə idxalını və istifadəsini qadağan edib – qərar ilk növbədə Çin istehsalı olan robotlara şamil olunur.

Sfera.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.

Məlumata görə, ABŞ administrasiyası xarici istehsal olan humanoid robotların həssas məlumatların toplanması, kritik infrastrukturun müşahidəsi və kibertəhlükəsizlik riskləri yarada biləcəyini əsas gətirərək yeni məhdudiyyətlər tətbiq edib. Rəsmilər bildiriblər ki, bu addım ölkənin milli təhlükəsizliyinin qorunmasına yönəlib.

Qərarın əsas hədəfi Çin istehsalı olan humanoid robotlardır. Vaşinqton hesab edir ki, bu texnologiyalar xarici dövlətlərin kəşfiyyat və məlumat toplama fəaliyyətlərində istifadə oluna bilər. ABŞ hökuməti bu səbəbdən dövlət qurumlarında və strateji əhəmiyyət daşıyan sahələrdə xarici istehsal olan humanoid robotların istifadəsini qadağan edib.

Yeni qərarın robot texnologiyaları bazarına və ABŞ-Çin texnologiya münasibətlərinə təsir göstərəcəyi gözlənilir.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR