Azərbaycana səfər edən əcnəbilərin sayı açıqlandı

Azərbaycana səfər edən əcnəbilərin sayı açıqlandı
Kateqoriya məlum deyil
T

2026-cı ilin ilk yarısında Azərbaycana səfər edən xarici vətəndaşların sayında ötən ilin eyni dövrü ilə müqayisədə azalma qeydə alınıb.

Sfera.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda mediatur çərçivəsində jurnalistlərlə görüşündə deyib. Onun sözlərinə görə, cari ilin ilk 6 ayı ərzində Azərbaycana 192 ölkənin vətəndaşı tərəfindən ümumilikdə 1 milyon 91 min 865 giriş qeydə alınıb:

“Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə girişlər təxminən 10 faiz azalıb. Bu azalmaya əsasən Yaxın Şərqdə baş verən hərbi gərginlik təsir göstərib. Belə ki, Səudiyyə Ərəbistanı, Küveyt, Oman və Hindistandan gələnlərin sayında azalma müşahidə olunub. Bununla yanaşı, Cənubi Asiya ölkələrindən, eləcə də Avropa dövlətləri, Qazaxıstan və Özbəkistandan Azərbaycana gələnlərin sayında artım qeydə alınıb”.

Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi statistikaya əsasən, Azərbaycana ən çox səfər edən əcnəbilər Rusiya, Türkiyə, Gürcüstan, İran və Qazaxıstan vətəndaşları olub.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR