Logo

Mahsun Kırmızıgüldən kövrək etiraf: İki ildən sonra bu mahnını oxuyacaq

Mahsun Kırmızıgüldən kövrək etiraf: İki ildən sonra bu mahnını oxuyacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyəli müğənni Mahsun Kırmızıgül iki ildir səhnədə ifa etməyə cəsarət etmədiyi mahnını yenidən oxumağa hazırlaşır. Sənətçi bu dəfə mahnını dinləyiciləri qarşısında səsləndirəcəyini və emosional anlar yaşayacağını bildirib.

Sfera.az xəbər verir ki, müğənni bu barədə İstanbulun Harbiye Cemil Topuzlu Açıqhava Teatrında keçirilən konserti öncəsi jurnalistlərə açıqlamasında danışıb.

Kırmızıgül iki ildir “Annem Annem” mahnısını səhnədə ifa etmədiyini deyib. Sənətçi bildirib ki, mahnını oxuyarkən duyğularına hakim ola bilməyəcəyindən və səhnədə yarımçıq qalacağından ehtiyat edib.

“İki ildir bu mahnını oxumurdum. Səhnədə ifa etsəm, sözlərim boğazımda düyünlənəcəkdi. Buna görə cəsarət etmirdim. Amma bu gün ilk dəfə tamaşaçılar qarşısında oxuyacağam”, – deyə o bildirib.

Müğənni məşqlər zamanı özünü emosional baxımdan idarə edə bildiyini, lakin konsert zamanı vəziyyətin fərqli ola biləcəyini söyləyib. O, həmin axşam duyğusal anlar yaşayacaqlarını düşündüyünü qeyd edib.

Qeyd edək ki, 17 illik fasilədən sonra yenidən səhnələrə qayıdan Mahsun Kırmızıgül Harbiyedəki konsertlərinə böyük maraq olduğunu bildirib. Yağışlı havaya baxmayaraq konsertə gələn pərəstişkarlarına təşəkkür edən sənətçi musiqi fəaliyyətini davam etdirdiyini və hər ay yeni mahnılar təqdim etməyə çalışdığını da vurğulayıb.

Fatimə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR