Tramp Zelenskiyə raket vermədi: "Özümüzün də ehtiyacı var"

Tramp Zelenskiyə raket vermədi: "Özümüzün də ehtiyacı var"
Kateqoriya məlum deyil
T

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampdan qış mövsümünə qədər Ukraynaya 300 ədəd “Patriot” hava hücumundan müdafiə raketinin verilməsini xahiş edib.


Sfera.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.


Məlumata görə, Zelenskinin bu tələbi Ukraynanın qarşıdakı qış mövsümündə üzləşə biləcəyi enerji böhranı ilə bağlı narahatlıqlardan irəli gəlir. Ukrayna lideri bildirib ki, Donald Tramp ona kömək etməyə çalışacağına söz verib. Bununla yanaşı, Tramp İranla yaşanan gərginlik fonunda ABŞ-nin bu raketlərə özünün də ehtiyac duyduğunu və buna görə də yardımın çətin ola biləcəyini qeyd edib.


Zelenski həmçinin açıqlayıb ki, Trampla keçirdiyi ikitərəfli görüş zamanı ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşnerin yaxın iki həftə ərzində Ukraynaya mümkün səfəri də müzakirə olunub.


Xatırladaq ki, Donald Tramp daha əvvəl Vaşinqtonun Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemi üçün raket istehsalına lisenziya verməyə hazır olduğunu bildirmişdi. Bloomberg isə yazıb ki, Ukraynada bu raketlərin istehsalına başlanılması uzun vaxt tələb edəcək və bu, Kiyevin hava hücumundan müdafiə ehtiyatlarının qısa müddətdə artırılmasına imkan verməyəcək.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR