Hər gün qəhvə içirsinizsə, bunları bilməlisiniz!
Qəhvə dünyanın ən çox sevilən içkilərindən biridir. Bir çox insan günə enerjili başlamaq, yorğunluğu azaltmaq və diqqətini artırmaq üçün qəhvəyə üstünlük verir. Lakin mütəxəssislər bildirirlər ki, qəhvənin həm faydalı, həm də həddindən artıq istifadə zamanı mənfi təsirləri ola bilər. Sfera.az xəbər verir ki, həkimlərin fikrincə, qəhvənin tərkibində olan kofein beyində ayıqlığı artırır, diqqət və konsentrasiyanı yaxşılaşdıra bilər. Araşdırmalar göstərir ki, ölçülü qəhvə istifadəsi bəzi