“Redmi” yeni telefonunu təqdim etdi

“Redmi” yeni telefonunu təqdim etdi
Kateqoriya məlum deyil
T

“Xiaomi”nin alt brendi olan “Redmi” yeni flaqman K100 seriyası ilə bağlı ilk rəsmi paylaşımını edib. Şirkət cihazların Çində keçiriləcək “ChinaJoy 2026” sərgisində nümayiş olunacağını açıqlayıb.


Sfera.az xəbər verir ki, Şanxayda təşkil ediləcək sərgidə “Qualcomm”un stendində təqdim ediləcək yeni seriya “Şeytan kral gəlir” şüarı ilə nümayiş etdiriləcək.


Məlumata görə, ailəyə “Redmi K100”, “Redmi K100 Pro” və “Redmi K100 Pro Max” olmaqla üç model daxil olacaq.
Məlumatlara əsasən, smartfonlar “Snapdragon 8 Elite Gen 5” prosessoru və 185 Hz LTPO düz ekran texnologiyası ilə təchiz ediləcək. Seriyanın ən diqqətçəkən xüsusiyyətlərindən biri isə sınaq mərhələsində olan 10 000 mAh tutumlu nəhəng batareya olacaq.


Bundan əlavə, cihazların 100 vatt gücündə simli, 50 vatt gücündə simsiz sürətli enerji doldurma texnologiyasını dəstəkləyəcəyi bildirilib.


Kamera imkanlarına gəldikdə isə, yeni modellərdə 200 meqapiksellik əsas kamera, periskop telefoto obyektiv, həmçinin IP68 və IP69 suya və toza davamlılıq sertifikatlarının yer alacağı iddia olunub.


İddialara görə, “Redmi K100” seriyası qlobal bazarlarda “Poco F9 Pro” və “Poco F9 Ultra” adları ilə yenidən markalanaraq satışa çıxarılacaq.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR