Azərbaycanda ən çox hansı peşələrə tələbat var?
Azərbaycanda əmək bazarında ən çox hansı peşələrə tələbat var? Bu sualın cavabını öyrənmək üçün Sfera.az ölkənin aparıcı vakansiya platformalarında yerləşdirilən minlərlə aktiv iş elanını araşdırıb. Müşahidələr göstərir ki, hazırda əmək bazarında ən çox işçi axtarılan sahələr satış, xidmət, logistika, maliyyə və tikinti sektorlarıdır. Ən çox vakansiya satış sahəsinə aiddir. Satış məsləhətçisi, satış təmsilçisi, satış meneceri və mağaza satıcısı kimi vəzifələr üzrə demək olar ki, hər gün yeni