Tramp Qəzzadan İsrail qoşunlarının çıxarılacağını vəd etdi – ŞƏRTİNİ AÇIQLADI

Tramp Qəzzadan İsrail qoşunlarının çıxarılacağını vəd etdi – ŞƏRTİNİ AÇIQLADI
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp bildirib ki, HƏMAS-ın tam silahsızlaşdırılmasından sonra İsrail qoşunları Qəzza zolağından çıxarılacaq.

Sfera.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib.

O qeyd edib ki, bu addım onun 20 bəndlik sülh planının həyata keçirilməsi istiqamətində mühüm mərhələdir. ABŞ prezidentinin sözlərinə görə, əldə olunan razılaşma HƏMAS silahlılarının mərhələli şəkildə tam silahsızlaşdırılmasını nəzərdə tutur.

Tramp bildirib ki, silahsızlaşdırma prosesi başa çatdıqdan sonra İsrail ordusu Qəzza zolağından çıxacaq.

Daha sonra beynəlxalq sabitləşdirici qüvvələr Fələstin polisi ilə birlikdə bölgədə təhlükəsizliyin təmin olunmasına nəzarət edəcək.

ABŞ prezidenti əlavə edib ki, razılaşma Qəzzada yeni Fələstin hökumətinin formalaşmasına şərait yaradacaq. Onun sözlərinə görə, yeni hakimiyyət Sülh Şurası ilə sıx əməkdaşlıq edəcək və bölgə sakinlərinə dəstək göstərəcək.

Tramp hesab edir ki, bununla yanaşı, İsrail də təhlükəsizlik baxımından daha etibarlı vəziyyətə gələcək və Qəzza artıq terror hücumları üçün baza rolunu oynamayacaq.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR