Azərbaycan kinosu 200 milyonluq bazara çıxmağı hədəfləyir - Rəşad Əzizov

Azərbaycan kinosu 200 milyonluq bazara çıxmağı hədəfləyir - Rəşad Əzizov
Kateqoriya məlum deyil
T

Azərbaycan kinosunun inkişafı üçün təkcə film istehsalının deyil, həm də kino sənayesinin formalaşdırılmasının vacibliyi vurğulanıb.

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru Rəşad Əzizov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, xarici layihələrin Azərbaycana cəlb olunması istiqamətində müsbət dinamika müşahidə olunur və bu prosesin davam edəcəyinə ümid edilir:

"Layihələr də Azərbaycana gəlir. Biz ümid edirik ki, bu dinamika davam edəcək. Bunun üçün birlik, hamının bir araya gəlməsi və kinonun istehsalatına cəlb olunması əsas vəzifələrimizdəndir."

R. Əzizov Azərbaycan kinosunun gəlir gətirməsinin mümkün olduğunu, lakin bunun üçün ətrafında güclü kino sənayesinin formalaşdırılmasının vacibliyini qeyd edib.

Onun sözlərinə görə, bəzi yerli filmlər kommersiya baxımından uğur qazansa da, bəziləri gözlənilən nəticəni vermir:

"Burada tamaşaçının marağından çox şey asılıdır. Biz yenidən Azərbaycan tamaşaçısının kinoya getmək mədəniyyətini bərpa etməliyik. Bu halda həm yerli bazar inkişaf edəcək, həm də Azərbaycan kinosu regional bazara çıxış imkanlarını genişləndirəcək."

Baş direktor əlavə edib ki, Azərbaycan kinosu artıq yalnız ölkə daxilindəki 10 milyonluq auditoriyanı deyil, eyni zamanda 200 milyonluq türk dilli ölkələr bazarını da hədəfləyir.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR