Suriyalılar Əsəddən sonrakı həyatdan danışdılar: Vəziyyət pisləşib

Suriyalılar Əsəddən sonrakı həyatdan danışdılar: Vəziyyət pisləşib
Kateqoriya məlum deyil
T

Suriyada 2024-cü ildə Bəşər Əsədin prezident postundan uzaqlaşdırılmasından sonra ölkədə həyatın necə dəyişdiyi ilə bağlı sakinlərin fikirləri açıqlanıb.

Sfera.az bildirir ki, onlar bu barədə RTVI telekanalına müsahibələrində danışıblar.

Dəməşqdən olan rejissor və müəllim Balkiis bildirib ki, həmin dövrdə insanlar uzun illərdən sonra ilk dəfə azadlıq hissini yaşayıblar. Bəzi sakinlər qeyd edirlər ki, hətta media da daha şəffaf fəaliyyət göstərməyə başlayıb və əvvəllər mümkün olmayan müəyyən tənqidlərə yer verib.

Bununla belə, suriyalılar etiraf edirlər ki, ölkədə yaşamaq daha asan olmayıb.

“Həyat əvvəlki kimi qalıb, hətta daha da pisləşib. Əziyyət çəkirik, evimiz yoxdur. Niyə hələ də buradayam, niyə doğma şəhərimə qayıtmamışam? Səbəb odur ki, orada artıq heç bir ev yoxdur”, – deyə Advan Bəkri bildirib.

Sakinlər Suriyanın Almaniya və ya Rusiya kimi inkişaf etmiş ölkəyə çevrilməsini arzuladıqlarını deyirlər. Lakin hazırda ölkədə bəzi insanlar yeni hakimiyyət nümayəndələrinin təqibləri və zorakılığı ilə üzləşdiklərini bildirirlər.

Müsahibə verənlərdən biri deyib ki, internetə daxil olduqda əvvəllər silahlı dəstələrdə və ya orduda xidmət etmiş şəxslərin hədəfə çevrildiyini görmək mümkündür.

“Bəzən onlara hətta evlərini və müəssisələrini bağlamaq əmri verilir”, – deyə o bildirib.

Onun sözlərinə görə, ötən il çoxsaylı insan tələfatı ilə nəticələnən hadisələr baş verib, lakin yerli təhlükəsizlik strukturları bu məlumatları gizlədib.

Daha əvvəl isə Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasından qısa müddət əvvəl “vəzifədən kənarlaşdırıldığı və video oyunlara aludə olduğu” iddia edilmişdi.

Qeyd edək ki, Bəşər Əsəd 2000-ci il iyulun 17-dən etibarən Suriya prezidenti vəzifəsini icra edib. O, atası Hafiz Əsədin vəfatından sonra hakimiyyətə gəlib və təxminən 24 il ölkəyə rəhbərlik edib. 2024-cü ilin dekabrında silahlı müxalif qüvvələrin Dəməşqə nəzarəti ələ keçirməsindən sonra onun hakimiyyətinə son qoyulub.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR