ABŞ yeni nüvə sualtı qayıqlarına milyardlarla dollar sərmayə qoyur

ABŞ yeni nüvə sualtı qayıqlarına milyardlarla dollar sərmayə qoyur
Kateqoriya məlum deyil
T

ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) Virginia və Columbia sinifli 14 nüvə sualtı qayığının tikintisi üçün 76,6 milyard ABŞ dolları ayırıb.

Sfera.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinə istinadən "Defense News" məlumat yayıb. Məlumata görə, ayrılan vəsait üç Amerika şirkəti arasında bölüşdürüləcək.

"General Dynamics Electric Boat şirkəti" "Columbia" sinifli beş nüvə sualtı qayığını inşa edəcək. "Virginia" sinifli doqquz sualtı qayığın tikintisini isə "General Dynamics Electric Boat" və "Huntington Ingalls Industries – Newport News Shipbuilding" birgə həyata keçirəcək.

Bundan əvvəl "Defense News" ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə sualtı qayıqlarının pilotsuz uçuş aparatları və ya tank əleyhinə raket kompleksləri ilə hədəfə alınması ehtimalından narahat olduğunu yazmışdı.

Xatırladaq ki, 2025-ci ilin aprelində "Defense News" ABŞ HDQ-nin "Virginia" sinfinə aid yeni "Iowa" adlı nüvə sualtı qayığını təhvil aldığını bildirmişdi. Həmin sualtı qayıq "Tomahawk" qanadlı raketlərini daşımaq imkanına malikdir.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR