“Fenerbahçe” pley-off uğrunda “Şturm Qrats”la qarşılaşacaq

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Türkiyənin “Fenerbahçe” klubu Avstriyanın “Şturm Qrats” komandası ilə qarşılaşacaq.
Sfera.az xəbər verir ki, İstanbul təmsilçisi 2-ci təsnifat mərhələsində Polşanın “Qornik Zabrje” komandasını iki oyunun nəticəsinə əsasən 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. “Fenerbahçe” ilə “Şturm Qrats” arasında ilk qarşılaşma 5 avqust 2026-cı il, çərşənbə günü İstanbulda, Çobani Stadionu “Fenerbahçe” Şükrü Saracoğlu İdman Kompleksində keçiriləcək.
Matç Bakı vaxtı ilə 22:00-da start götürəcək. Qarşılaşmanın Türkiyədə “tv100” telekanalı vasitəsilə canlı və ödənişsiz yayımlanacağı bildirilib. Tərəflər arasında cavab oyunu isə 11 avqust 2026-cı il tarixində keçiriləcək. Görüş Bakı vaxtı ilə 22:30-da başlayacaq. “Fenerbahçe” bu mərhələni də uğurla adlayacağı təqdirdə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanacaq.
Bəsti Rəfizadə
Sfera.az



