Gülşen uzun illər sonra yeni imicdə - FOTO

Türkiyənin məşhur müğənnisi Gülşən uzun illərdir alışılmış görünüşündən imtina edərək yeni imici ilə pərəstişkarlarının qarşısına çıxıb.
Sfera.az xəbər verir ki, səhnə şouları və cəsarətli geyim seçimləri ilə tez-tez gündəmə gələn ifaçı ötən axşam konsert zamanı yeni saç rəngini nümayiş etdirib. İllərdir sarı saçları ilə tanınan Gülşən bu dəfə tünd qəhvəyi saç rənginə üstünlük verib. Müğənni yenilənmiş görünüşü ilə səhnəyə çıxaraq izləyicilərini təəccübləndirib.
Gülşənin yeni imici sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Onun görünüşünü bəyənənlərlə yanaşı, əvvəlki imicinin daha uğurlu olduğunu düşünənlər də az olmayıb.
Qeyd edək ki, müğənni konsert zamanı təqdim etdiyi rəqs şousu ilə də tamaşaçıların diqqətini cəlb edib.
Bəsti Rəfizadə
Sfera.az






