Lukaşenkoya inək heykəli hədiyyə etdilər

Lukaşenkoya inək heykəli hədiyyə etdilər
Kateqoriya məlum deyil
T

Belarusun ən böyük süd məhsulları istehsalçılarından olan "Savuşkin Produkt" şirkəti ölkə prezidenti Aleksandr Lukaşenkoya inək heykəli hədiyyə edib.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, insan boyundan hündür olan heykəlin Minskdəki Müstəqillik Sarayında yerləşdirilməsi planlaşdırılır. Bu barədə prezidentin mətbuat xidmətinə yaxınlığı ilə tanınan "Pul Pervoqo" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, heykəl Lukaşenkonun əvvəllər səsləndirdiyi fikrin reallaşdırılması məqsədilə hazırlanıb. Kanal paylaşımında "Prezident demişdi ki, inəyin şərəfinə abidə ucaldılmalıdır. Deyildi və edildi" ifadəsi yer alıb. Heykəlin boynunda isə şirkətin adı yazılmış zəng asılıb. Xatırladaq ki, Lukaşenko hələ 2024-cü ilin oktyabrında inəklərin şərəfinə abidə qoyulmasının vacibliyini bildirmişdi.

Onun sözlərinə görə, Böyük Vətən müharibəsi illərində partizanlar və uşaqlar məhz inəklər sayəsində aclıqdan xilas olublar. Belarus lideri inəklərin bu gün də xalqı qidalandırdıqlarını vurğulayaraq onların abidəyə layiq olduğunu qeyd etmişdi. Lukaşenko daha əvvəl də heyvandarlığa laqeyd yanaşan təsərrüfatları sərt tənqid edib. O, mal-qaranın sayının azalmasını "mənəvi eybəcərlik" adlandırıb. Qeyd edək ki, bu ilin iyun ayında Minsk vilayətində südçülük kompleksinə səfəri zamanı Lukaşenkoya "Musya" adlı canlı Cersi cinsli inək də hədiyyə edilmişdi.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR