Pezeşkian: ABŞ-lə danışıqlar hələ də mümkündür
İran ABŞ-lə danışıqları davam etdirməyə hazırdır, lakin Vaşinqtonun iqtisadi təzyiqlərinə qarşı müqavimət göstərəcək. Sfera.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “CBS News”a açıqlamasında bildirib. “Bizim mövqeyimiz problemləri qarşılıqlı əlaqə və danışıqlar yolu ilə anlamaq və həll etməkdir. Eyni zamanda, indiyə qədər olduğu kimi, iqtisadi təzyiqlərə qətiyyətlə qarşı çıxacağıq”, – deyə Pezeşkian bildirib. Onun sözlərinə görə, İran ABŞ sanksiyalarına qarşı mübarizə aparmaq