Dünyada ən çox satılan telefonlar açıqlandı

Dünyada ən çox satılan telefonlar açıqlandı
Kateqoriya məlum deyil
T

Qlobal smartfon bazarında 2026-cı ilin ikinci rübündə 11 faizlik geriləmə yaşansa da “Apple” və “Samsung”satışlarda üstünlüyünü qoruyub. Counterpoint Research-ün hesabatına görə, dövrün ən çox satılan smartfonu “iPhone 17” olub.

Sfera.az xəbər verir ki, “iPhone 17”qlobal smartfon satışlarının 6 faizini təşkil edərək ilk sırada qərarlaşıb. “iPhone 17 Pro Max” ikinci, “iPhone 17 Pro” isə üçüncü yeri tutub. Beləliklə, ilk üçlükdə yalnız “Apple”modelləri yer alıb.

Araşdırmaya əsasən, dünyanın ən çox satılan 10 smartfonunun hamısı “Apple” və “Samsung”-a məxsusdur. Hər iki şirkət ilk 10-luğa beş modellə daxil olub. Bu modellərin ümumi satışlardakı payı 26 faizə çataraq iyun rübü üçün ən yüksək göstəriciyə yüksəlib.

“Apple”-ın satışları ikinci rübdə illik müqayisədə 5 faiz artıb. Xüsusilə Hindistan, Yaponiya və Yaxın Şərq-Afrika regionlarında satışların yüksəldiyi bildirilib. “iPhone 17”seriyasının Cənubi Koreyada da satışları əhəmiyyətli dərəcədə artırdığı qeyd olunub.

“Samsung” tərəfində isə “Galaxy S26 Ultra” diqqətçəkib. Model şirkətin ikinci rübdə ən çox satılan telefonu olub və “Android” smartfonları arasında da lider mövqeyə yüksəlib. Məxfilik yönümlü ekran və təkmilləşdirilmiş süni intellekt funksiyaları modelin əsas üstünlükləri sırasında göstərilib.

“Samsung”-un “Galaxy A” seriyası da münasib qiyməti və qiymət-performans göstəricisi sayəsində ilk 10-luqda yerini qoruyub. A seriyasındakı modellərə uzunmüddətli proqram təminatı dəstəyinin təqdim edilməsi də istifadəçilər üçün mühüm üstünlük hesab olunur.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR