Zelenski və Mask Rusiya-Ukrayna müharibəsinin həllini müzakirə edəcək

Ukrayna Prezidenti Vladimir Zelenskinin “SpaceX” şirkətinin rəhbəri, milyarder və sahibkar İlon Maskla münaqişənin həlli imkanlarını müzakirə edəcəyi bildirilir.
Sfera.az xəbər verir ki, bu barədə “Insider.UA” Telegram kanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, görüşün əsas mövzuları arasında Ukraynaya yardım və müharibənin dayandırılması üçün şəraitin yaradılması məsələləri olacaq.
Qeyd edilir ki, Maskın daha əvvəl Ukraynanın “Azadlıq” ordeni ilə təltif edilməsi də danışıqların uğurlu istiqamətdə getdiyinə işarə kimi qiymətləndirilə bilər.
Xatırladaq ki, daha əvvəl Mask Rusiya-Ukrayna müharibəsi üzrə razılaşmanın əldə olunmasının zəruriliyi barədə fikirlər səsləndirib. Sahibkarın Ukrayna tərəfinin nümayəndələri ilə Rusiya ilə münaqişənin daha da eskalasiyası riskləri barədə fikir ayrılığı yaşadığı da bildirilib.
İnci
Sfera.az






