Nepalda fəlakət: yüzlərlə zəvvar itkin düşdü

Kateqoriya məlum deyil
T
Nepalın Rasuva bölgəsində sel fəlakəti baş verib.
Sfera.az xəbər verir ki, səlahiyyətlilər ən azı 25 nəfərin xilas edildiyini, 7 nəfərin isə öldüyünü açıqlayıb.
“The Kathmandu Post” qəzetinin məlumatına görə, rəsmilər 9 polis əməkdaşı ilə yanaşı, Rasuva ilə həmsərhəd olan Çinin Tibet Muxtar Bölgəsindəki Kailaş-Mansarovar ərazisinə dini ziyarətə getməyə hazırlaşan 384 zəvvarla da əlaqə yaradıla bilmədiyini bildiriblər.
Sel Bhotekoshi çayı ətrafındakı yaşayış məntəqələrinə və binalara ciddi ziyan vurub. Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər. Fəlakət bölgəsində itkin düşən şəxslərin axtarışı və zərərçəkənlərin xilas edilməsi istiqamətində işlər görülür.
İradə Elsevər







