Stubb Ukraynaya çağırış etdi: Qışa hazırlıqlı olun

Finlandiya Prezidenti Aleksandr Stubb Ukraynanı qışa hazırlıqlı olmağa çağırıb.
Sfera.az xəbər verir ki, Stubb bu barədə “European Pravda” qəzetinə müsahibəsində danışıb.
“Ukrayna hazırda əvvəlkindən daha uğurlu fəaliyyət göstərir. Amma bu, qışın olmayacağı anlamına gəlmir”, – deyə Finlandiya Prezidenti bildirib.
Onun sözlərinə görə, qışın yaxınlaşması Finlandiyanın Ukraynanın kifayət qədər enerji təchizatı ilə təmin olunması üçün fəal çalışmasının əsas səbəblərindən biridir. Stubb qeyd edib ki, bu məqsədlə Finlandiyanın “Wärtsilä” şirkətinin istehsal etdiyi dizel generatorlarından da istifadə olunacaq.
Finlandiya Prezidenti həmçinin Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünün Kiyev üçün Rusiya ilə münaqişə fonunda ən yaxşı nəticə olacağını bildirib.
Stubb Ukraynanın Aİ-yə üzv olmasını arzuladığını vurğulayıb və Kiyevi səbirli olmağa çağırıb. Onun sözlərinə görə, birlik daxilində qərarların qəbul edilməsi və üzvlük prosesləri çox vaxt “yavaş gedir”.
İnci
Sfera.az






