Netanyahu-nin oğluna İrandan sui-qəsd planı

Netanyahu-nin oğluna İrandan sui-qəsd planı
Kateqoriya məlum deyil
T

ABŞ-ın sağ yönümlü xəbər saytı “Newsmax” İsrailin Baş naziri Binyamin Netanyahunun 35 yaşlı oğlu Yair Netanyahuya qarşı İran tərəfindən sui-qəsd planının hazırlandığını iddia edib. Məlumata görə, təhlükə barədə İsrail kəşfiyyatı ABŞ rəsmilərini xəbərdar edib.

Sfera.az xəbər verir ki, ABŞ hüquq-mühafizə orqanlarında olan mənbəyə istinad edən “Newsmaxın” xəbərində bildirilib ki, İsrail kəşfiyyatı ötən ilin dekabrında Yair Netanyahunun Florida ştatının Mayami şəhərində yaşadığı ərazidə ona qarşı mümkün sui-qəsd planından xəbər tutub.

Mənbənin sözlərinə görə, İran agentlərinin Mayamidə olduğu və Yair Netanyahunun yaşadığı ünvanı, eləcə də gündəlik hərəkətlərini izlədiyi ehtimal edilib. Daim israilli mühafizəçilərlə hərəkət edən Yair Netanyahudan təhlükəsizlik səbəbilə Mayamini tərk etməsi istənilib.

İddiaya görə, Yair Netanyahu əşyalarını belə götürmədən ABŞ-dan ayrılaraq dərhal İsrailə qayıdıb.

İsrailin Kanal 12 telekanalı isə sui-qəsd planından bəzi media qurumlarının aylar əvvəl xəbərdar olduğunu, lakin məlumatın senzura səbəbilə yayımlanmasına icazə verilmədiyini bildirib.

Digər tərəfdən, Binyamin Netanyahu bazar ertəsi İsrailin Kanal 14 televiziyasına müsahibəsində oğullarından birinə qarşı sui-qəsd planının olduğunu açıqlayıb. Lakin Baş nazir hədəfin hansı oğlu olduğunu deməyib.

Binyamin Netanyahunun Yair və Avner adlı iki oğlu var. Avner İsraildə yaşayır, 35 yaşlı Yair Netanyahu isə uzun müddətdir ABŞ-ın Florida ştatında, Mayamidə yaşayır.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR