Titanikdən çıxarılan tarixi əsərlərin satışı dayandırıldı

Titanikdən çıxarılan tarixi əsərlərin satışı dayandırıldı
Kateqoriya məlum deyil
T

ABŞ-da federal məhkəmə Titanik gəmisinin qalıqlarından çıxarılan 100-dən çox tarixi əsərin hərracda satışını dayandırıb. Qərara kolleksiyanın bütövlüyünün qorunması və əsərlərin gələcək taleyi ilə bağlı narahatlıqlar səbəb olub.

Sfera.az xəbər verir ki, Virginia ştatında Federal Dairə Məhkəməsinin hakimi Rebecca Beach Smith Titanik qalıqları üzərində müstəsna xilasetmə hüququna malik “RMS Titanic” şirkətinin təşkil etməyi planlaşdırdığı hərracın məhkəmənin razılığı olmadan keçirilməsini dayandırıb.

Hakim bildirib ki, satışa çıxarılması nəzərdə tutulan 100-dən çox eksponatla bağlı əvvəlcə məhkəməyə ətraflı məlumat təqdim edilməlidir. Smith şirkətdən əsərlərin tam inventarını və onların hazırkı vəziyyəti barədə məlumat istəyib.

Hərraca çıxarılması planlaşdırılan eksponatlar arasında zinət əşyaları, süfrə qabları, eləcə də Titanikin məşhur böyük pilləkənini bəzəyən bürünc mələk heykəli də var.

ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA), arxeoloqlar və Titanikdən eksponatların çıxarılması üzrə sualtı tədqiqatlarda iştirak edən Fransa hökuməti də satışa qarşı çıxıb. Onlar tarixi əşyaların ayrı-ayrılıqda satılmasının əvəzinə kolleksiya şəklində qorunmasının vacib olduğunu bildiriblər.

Məhkəmənin son qərarı ilə Titanikdən çıxarılan nadir tarixi əşyaların taleyi hələlik qeyri-müəyyən olaraq qalır.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR