“iPhone 18 Pro” bahalaşa bilər: Yeni qiymət iddiası

“iPhone 18 Pro” bahalaşa bilər: Yeni qiymət iddiası
Kateqoriya məlum deyil
T

“Apple”ın yeni “iPhone 18” seriyasını əvvəlki modellərlə müqayisədə daha yüksək qiymətə satışa çıxara biləcəyi ilə bağlı iddialar güclənib.

Sfera.az xəbər verir ki, buna səbəb kimi yaddaş çiplərinin qiymətindəki artım göstərilib. İddialara görə, RAM və NAND yaddaş xərclərinin yüksəlməsi “Apple”ı yeni smartfonların qiymətini təxminən 100 dollar artırmağa vadar edə bilər.

Bahalaşma baş verərsə, seriyanın üst səviyyəli modellərindən olan “iPhone 18 Pro”nun ilkin satış qiymətinin 1199 dollara yüksələcəyi gözlənilir.

Məlumata görə, “Apple” artan istehsal xərclərini əvvəlcə öz mənfəət marjası hesabına qarşılamağa çalışıb. Lakin yaddaş komponentlərinin bahalaşmasının davam etməsi şirkəti qiymət artımına getməyə sövq edə bilər.

Sektordakı digər nəhənglərin, o cümlədən “Samsung” və “Google”ın da qiymət artımına hazırlaşması "Apple" üçün belə bir addımı daha az riskli edə bilər.

Hazırda “iPhone 18” seriyasının qiymət artımı ilə bağlı məlumatlar rəsmi təsdiqini tapmayıb. Bununla belə, yeni nəsil “iPhone” modellərinin təqdimatına yaxın qiymətlərlə bağlı daha konkret məlumatların ortaya çıxacağı gözlənilir.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR