Pezeşkian: ABŞ-lə danışıqlar hələ də mümkündür

İran ABŞ-lə danışıqları davam etdirməyə hazırdır, lakin Vaşinqtonun iqtisadi təzyiqlərinə qarşı müqavimət göstərəcək.
Sfera.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “CBS News”a açıqlamasında bildirib.
“Bizim mövqeyimiz problemləri qarşılıqlı əlaqə və danışıqlar yolu ilə anlamaq və həll etməkdir. Eyni zamanda, indiyə qədər olduğu kimi, iqtisadi təzyiqlərə qətiyyətlə qarşı çıxacağıq”, – deyə Pezeşkian bildirib.
Onun sözlərinə görə, İran ABŞ sanksiyalarına qarşı mübarizə aparmaq üçün hökumətin hazırladığı tədbirlərə əsaslanaraq dialoqu davam etdirəcək.
İran Prezidenti Vaşinqtonun Tehrana təzyiq göstərmək cəhdlərinin uğursuz olacağını da vurğulayıb.
Xatırladaq ki, daha əvvəl İran ordusunun sözçüsü Məhəmməd Əkrəmniya Tehranın ABŞ-lə atəşkəs dövründə yeni silahlar aldığını və münaqişə zamanı zədələnmiş hərbi sistemləri bərpa etdiyini açıqlamışdı.
İnci
Sfera.az





