Trampın oğluna sui-qəsd iddiası: "Videodan xəbərdarıq"

Trampın oğluna sui-qəsd iddiası: "Videodan xəbərdarıq"
Kateqoriya məlum deyil
T

ABŞ Gizli Xidməti ABŞ Prezidenti Donald Trampın 20 yaşlı oğlu Barron Trampa qarşı mümkün sui-qəsd planından bəhs edən İran dövlət televiziyasının videosundan xəbərdar olduğunu açıqlayıb.

Sfera.az xəbər verir ki, İran dövlət televiziyasında avqustun 24-də yayımlanan 3 dəqiqəlik videoda Barron Trampa qarşı mümkün sui-qəsd planından söz açılıb.

“Barron Trampı harada və necə öldürməliyik?” başlığı ilə yayımlanan videoda onun izlənildiyi və öldürülməsi üçün 10 milyon dollar mükafat təyin edildiyi iddia olunub.

Videoda Barron Trampın təhsil aldığı universitetin yerləşdiyi ərazi, onu müşayiət edən avtomobillər və Gizli Xidmət əməkdaşlarının mövqeləri olduğu iddia edilən görüntü və qrafiklərdən istifadə edilib.

Həmçinin bir qadının Gizli Xidmətin mühafizəsini keçərək Barron Trampla şəxsi görüş keçirdiyi və bu görüş zamanı əldə etdiyi məlumatları proqramın hazırlanmasında iştirak edən şəxslərə ötürdüyü iddia olunub.

ABŞ Gizli Xidməti məsələ ilə bağlı açıqlamasında videodan xəbərdar olduqlarını bildirib.

“Gizli Xidmət videodan xəbərdardır. Mühafizə olunan şəxslərə qarşı təhdid kimi qiymətləndirilə biləcək istənilən vəziyyəti araşdırırıq. Əməliyyat təhlükəsizliyi səbəbilə mühafizə kəşfiyyatı ilə bağlı məsələlərə dair açıqlama vermirik”, - deyə qurumdan bildirilib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR