Yük maşınında gilyotin daşıyan şəxs saxlanıldı

Yük maşınında gilyotin daşıyan şəxs saxlanıldı
Kateqoriya məlum deyil
T

ABŞ Konqres Polisi yük maşınında gilyotin daşıyan şəxsi saxlayıb.

Kaliforniyadan Vaşinqtona gələn 35 yaşlı şübhəlinin paytaxta hansı məqsədlə gəldiyi araşdırılır.

Sfera.az xəbər verir ki, polisin açıqlamasında Kaliforniyanın Julian şəhərindən olan Philan-Tam-Duy Le-nin “təhlükəli silah daşımaq” və gilyotin saxlamaq şübhəsi ilə saxlanıldığı bildirilib.

Lenin idarə etdiyi yük maşını Konqres binası və Ali Məhkəmənin yaxınlığında qaydalara zidd şəkildə park edilmiş vəziyyətdə aşkarlanıb. Konqres tətilə çıxdığı üçün qanunvericilərin Vaşinqtonda deyil, öz seçki dairələrində olduğu bildirilib. Lenin sahibi olduğu ehtimal edilən “Instagram” hesabında çərşənbə axşamı günortadan sonra Vaşinqtondakı FTB-nin baş qərargahının qarşısında gilyotinlə dayanan şəxsin videosu paylaşılıb. Videodakı şəxsin “FTB binasının qarşısındayam, sadəcə bir az pendirli pizza yeyirəm”, – dediyi eşidilib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR