Kim Türkiyədə daha çox pul xərcləyir? - Azərbaycanlı, rus və avropalı turistlərin MÜQAYİSƏSİ
2026-cı ilin ilk yarısında Türkiyənin turizm gəlirləri 25,75 milyard dollar təşkil edib. Ölkəyə gələn ziyarətçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz azalaraq 24,84 milyon nəfər olsa da, turistlərin orta xərcləri artıb. Sfera.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında bir turistin Türkiyədə orta xərci 1020 dollar təşkil edib. Bu, təxminən 1734 manat deməkdir. Gecələməyə görə orta xərc isə 108 dollar, yəni