“Qiyamət günü” radiosundan YENİ SÖZLƏR

“Qiyamət günü” radiosundan YENİ SÖZLƏR
Kateqoriya məlum deyil
T

Rusiyada fəaliyyət göstərən UVB-76 (“Qiyamət günü radiosu”) radiostansiyası efirə dörd sirli söz ötürüb.

Sfera.az xəbər verir ki, stansiyanın yayımlarını izləyən “UVB-76 loqları” Telegram kanalı məlumat yayıb.

Bildirilib ki, radio Bakı vaxtı ilə saat 11:39-da yayıma başlayıb. İlk mesajda “расценка” (“qiymətləndirmə”, “tarif”) sözü səsləndirilib. Daha sonra təxminən bir saatlıq fasilələrlə “бурохиос” və “звукошнек” kod sözləri efirə verilib. Bu iki ifadənin konkret mənası açıqlanmayıb.

Bir saat 18 dəqiqə sonra isə stansiya gözlənilmədən “выродок” (“alçaq”, “əclaf”) ifadəsini yayımlayıb.

UVB-76-nın ötürdüyü bu tip kodlu mesajların mənası ictimaiyyətə açıqlanmır.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR