Türkiyədə inflyasiya proqnozu yüksəldi

Türkiyədə inflyasiya proqnozu yüksəldi
Kateqoriya məlum deyil
T

Türkiyə Mərkəzi Bankı 2026-cı ilin sonu üçün inflyasiya proqnozunu 28 faizə yüksəldib. Əvvəlki proqnozda bu göstəricinin 26 faiz olacağı gözlənilirdi.

Sfera.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, bazar iştirakçıları Türkiyədə qiymət artımının daha ciddi ola biləcəyini gözləyirlər.

İnflyasiya proqnozunun yüksəldilməsinə təsir edən əsas amillər sırasında İran böhranının yaratdığı geosiyasi qeyri-müəyyənlik, enerji daşıyıcılarının və ərzağın qiymətlərində dəyişkənlik göstərilir.

Türkiyə neftin əsas idxalçılarından biri olduğundan, Yaxın Şərqdəki gərginlik fonunda dünya enerji qiymətlərinin yüksəlməsi ölkədə inflyasiya təzyiqini artırır.

Bununla yanaşı, Türkiyə Mərkəzi Bankı 2026-cı il üçün 24 faizlik inflyasiya hədəfini saxlayıb. Bank may ayında geosiyasi riskləri əsas gətirərək 2026-cı il üzrə aralıq inflyasiya hədəfini 16 faizdən 24 faizə yüksəltmişdi.

Qeyd edək ki, Qara dənizdə gərginliyin artmasının Türkiyədə ərzaq qiymətlərinə də ciddi təsir göstərə biləcəyi bildirilir. Bu səbəbdən ölkədə yeni taxıl sazişinə ehtiyac məsələsi də gündəmə gəlib.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR