“Dərnəgül” deposundan ilk qatarı qadın maşinist çıxardı

Kateqoriya məlum deyil
T
Bakı Metropoliteninin “Dərnəgül” elektrik deposundan ilk qatar xəttə buraxılıb.
Sfera.az xəbər verir ki, ilk qatarı xəttə çıxaran isə qadın maşinist Türkan Bəylər olub.
Bununla da yeni elektrik deposunda qatarların xəttə buraxılması prosesində daha bir ilk yaşanıb.
Qeyd edək ki, “Dərnəgül” elektrik deposu Bakı metrosunun inkişafı və qatarların texniki xidmət imkanlarının genişləndirilməsi baxımından mühüm layihələrdən biridir.
İlk qatarın depodan çıxışı zamanı Türkən Bəylərə gül təqdim olunub.
Firuzə Əliyeva






