Paşinyandan referendurmla bağlı AÇIQLAMA

Paşinyandan referendurmla bağlı AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Ermənistan Avropa İttifaqına üzvlüklə bağlı rəsmi müraciət etdikdən sonra bu məsələ üzrə referendum keçirəcək.

Sfera.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Paşinyanın sözlərinə görə, referendumun keçirilməsindən əvvəl ölkədə institusional hazırlıq işləri aparılmalıdır. Bundan sonra Ermənistan Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı rəsmi müraciət edəcək.

“Biz gələcəkdə mütləq referendum keçirəcəyik. Lakin bundan əvvəl institusional hazırlıq işləri görülməli, daha sonra isə Aİ-yə üzvlüklə bağlı rəsmi müraciət edilməlidir”, – Paşinyan deyib.

Baş nazir qeyd edib ki, Ermənistan vətəndaşları gələcəkdə Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı ilə bağlı seçimlərdən fərqli olaraq, üçüncü yolu da seçə bilərlər.

Qeyd edək ki, Paşinyan daha əvvəl bildirmişdi ki, 2025-ci il avqustun 8-dək Ermənistan dalana dirənmiş vəziyyətdə olub. Onun sözlərinə görə, həmin tarixdə ABŞ-də Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sülh və dövlətlərarası münasibətlərin qurulması ilə bağlı saziş imzalamasından sonra Ermənistan üçün yeni imkanlar yaranıb.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR