"Bu, qatarlar arasında intervalı azaldacaq"

"Bu, qatarlar arasında intervalı azaldacaq"
Kateqoriya məlum deyil
T

Bakı metrosunda “Dərnəgül” elektrik deposunun qismən istifadəyə verilməsi “Yaşıl xətt” üzrə qatarların texniki xidmət imkanlarını genişləndirəcək.

Sfera.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Namiq Yusubov deyib.

Onun sözlərinə görə, “Dərnəgül” deposunda qatarların təmir-baxışı, texniki qulluğu və gecələməsi üçün müasir infrastruktur yaradılıb.

Namiq Yusubov bildirib ki, bu imkan hazırda əsas yükü daşıyan “Nərimanov” elektrik deposunun fəaliyyətinin əhəmiyyətli dərəcədə yüngülləşdirilməsinə şərait yaradacaq.

Baş mühəndis qeyd edib ki, layihənin əsas məqsədlərindən biri “Yaşıl” və “Qırmızı” metro xətlərinin ayrılmasına imkan yaratmaqdır.

Onun sözlərinə görə, xətlərin ayrılması layihəsi üzrə tikinti işləri aparılan müddətdə “Dərnəgül–Nizami” sahəsində hərəkət edən qatarların təmir-baxış və texniki qulluğu yeni depoda həyata keçiriləcək.

Namiq Yusubov vurğulayıb ki, yeni infrastruktur metropolitendə xidmət keyfiyyətinin artırılmasına və qatarların hərəkət intervallarının azaldılmasına da imkan verəcək. Layihənin tam başa çatdırılması 2028-ci ilə planlaşdırılır.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR