Ermənistan MN: "Təxirə salındı"

Ermənistan MN: "Təxirə salındı"
Kateqoriya məlum deyil
T

Ermənistan Silahlı Qüvvələri NATO standartlarına uyğun hərbi formaya keçidin müddətini təxirə salıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Sfera.az xəbər verir ki, nazirlik yeni hərbi formaya tam keçidin nə vaxt baş verəcəyinin hələ məlum olmadığını bildirib.

Hazırda yeni formanı yalnız yüksək rütbəli zabitlər, o cümlədən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi geyinir. Yeni hərbi formaya tam keçidin 2024-cü ildə başa çatdırılması planlaşdırılırdı.

Qeyd edək ki, postsovet məkanının bir sıra ölkələri də ordularının NATO standartlarına uyğunlaşdırılması ilə bağlı planlarını açıqlayıb. Məsələn, Moldova təsdiqlənmiş strategiyaya əsasən, 2027-ci ilin sonunadək NATO standartlarına tam keçməyi planlaşdırır.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR