“Dərnəgül” elektrik deposunun tikintisi 3 mərhələdə həyata keçirilir

“Dərnəgül” elektrik deposunun tikintisi 3 mərhələdə həyata keçirilir
Kateqoriya məlum deyil
T

“Dərnəgül” elektrik deposunda həyata keçirilən tikinti işlərinin miqyası rəqəmlərdə də özünü göstərir. 16,5 hektarlıq ərazidə genişmiqyaslı infrastruktur yaradılır.

Sfera.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Namiq Yusubov məlumat verib.

Onun sözlərinə görə, depo ərazisində 18 100 kubmetr yol yatağı qazılıb, 1700 dəmir-beton şpal düzülüb və 21 ədəd R50 tipli yoldəyişdirici quraşdırılıb.

Namiq Yusubov bildirib ki, “Yaşıl xətti” depo ilə birləşdirən tunelin uzunluğu 2100 metrdir. Tuneldə 2017 metr yol çəkilib. Depo ərazisində isə 1365 metr yerüstü park yolu salınıb.

Baş mühəndis qeyd edib ki, 16,5 hektarlıq ərazidə 16 xidmət obyektinin yaradılması nəzərdə tutulub. Ərazidə 5 işıqlandırma qülləsi də inşa edilib.

Onun sözlərinə görə, qatarların gecələməsi, baxışı və təmiri üçün nəzərdə tutulan dayanma-təmir korpusu 155 metr enində və 133 metr uzunluğundadır. Korpusda nəzərdə tutulan 25 qanovdan 12-si artıq tam hazırdır. Namiq Yusubov əlavə edib ki, depo ərazisində 2000 metr fiberoptik xətt və 10 170 metr kabel trası çəkilib. Kompleks üç mənbədən elektrik enerjisi ilə təmin olunub.

Bundan başqa, 5 mərtəbəli dispetçer idarəetmə və mərkəzləşmə məntəqəsi inşa edilib.

Baş mühəndisin sözlərinə görə, “Dərnəgül” elektrik deposunun tikintisi 3 mərhələdə həyata keçirilir. II mərhələ başa çatıb, III mərhələ üzrə işlər isə davam edir. Depo və yerüstü stansiyanın 2028-ci ildə tam başa çatdırılması nəzərdə tutulur.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR