Zelenski ondan narazıdır

Kateqoriya məlum deyil
T
Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin Mərkəzi Bankının rəhbəri Andrey Pışnıdan narazı olduğu bildirilir.
Sfera.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, Zelenski Pışnının Beynəlxalq Valyuta Fondu (BVF) ilə həddindən artıq sıx əlaqələrə malik olduğunu və müharibə şəraitində Ukrayna iqtisadiyyatının dəstəklənməsi üçün kifayət qədər iş görmədiyini düşünür.
Anonim mənbələrin sözlərinə görə, Ukrayna liderinin BVF-yə münasibətində də narazılıq yaranıb. Buna səbəb fondun Kiyevə kreditlərin ayrılması müqabilində ictimaiyyət üçün populyar olmayan tələblər irəli sürməsidir.
İnci
Sfera.az






